İsrail hərbçiləri 400-ə yaxın şaxtanı məhv edib

15:15 - 22 Noyabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS radikal hərəkatının yeraltı tunellər şəbəkəsinin bir hissəsi olan 400-ə yaxın şaxtanı məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi Telegram-kanalında dərc olunan məlumatda deyilir.

"İDF əsgərləri bu günə qədər yeraltı terror tunelləri şəbəkəsinin bir hissəsi olan 400-ə yaxın şaxtanı aşkar edərək məhv edib. Bunda mühəndis qüvvələrinin bir hissəsi olan Yahalom xüsusi təyinatlı dəstəsinin böyük rolu olub", - deyə hərbçilər bildirib.

"HƏMAS tunellər şəbəkəsini bilavasitə Qəzza zolağının bütün yaşayış məntəqələrinin altında yerləşdirib. Onların tunellərinə giriş olan minaların çoxu xəstəxanalar, məktəblər və mülki evlərin ərazisində yerləşir", - mətbuat xidməti əlavə edib.///tass

Xəbər xətti