Brüssel Kiyevə 1,5 milyard avro məbləğində makromaliyyə yardımının noyabr tranşını köçürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb.
"Bu gün biz Ukraynaya 1,5 milyard avro makromaliyyə yardımı köçürdük, Ukraynaya ümumi yardımımız 85 milyard avroya çatıb" - o, qeyd edib.