Almaniya Ermənistana 84,6 milyon avro yardım göstərəcək

14:25 - 22 Noyabr 2023 - DÜNYA

Almaniya Ermənistana 84,6 milyon avro yardım edəcək

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Vahan Kerobyan və Almaniya Federativ Respublikasının İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dövlət katibi Niels Annen iki günlük erməni-alman danışıqlarının yekunlarına dair mətbuat konfransında bildiriblər.

Məlumata görə, Almaniya Ermənistana orta ixtisas təhsili və bərpa olunan enerji sahələrində yeni proqramların həyata keçirilməsi üçün qrant və kredit şəklində 84,6 milyon avro məbləğində əlavə yardım göstərəcək.

Xəbər xətti