Fələstinin radikal HƏMAS hərəkatının tərəfdarları və onların müttəfiqləri tərəfindən girov götürülən İsrail əsgərləri yalnız bütün fələstinli məhbusların azad edilməsindən sonra Qəzza zolağından çıxa biləcəklər.
Ucnoqta.az xəbər verir ki, bu bəyanatla “İslami Cihad” radikal hərəkatı çıxış edib.
“Biz təsdiq edirik ki, mülki əhalinin nümayəndələri olmayan və bizim əlimizdə olan düşmənin bütün girovları İsrail həbsxanalarından bütün məhbuslarımız azad edilməyincə azadlıq əldə etməyəcəklər” - məlumatda deyilir.