Hindistan yeni esminesindən "BrahMos" raketini sınaqdan keçirib

11:58 - 22 Noyabr 2023 - DÜNYA

Hindistan Hərbi Dəniz Qüvvələri bu yaxınlarda istismara verilmiş "Project 15B Imphal" esminesindən "BrahMos" qanadlı raketinin uğurlu sınaq buraxılışını həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin Qərb Komandanlığı məlumat yayıb.

Məlumata görə, Hindistanın ən yeni qurulmuş idarə olunan raket esminesi olan Imphal 12706 "BrahMos"un ilk sınaq buraxılışını mükəmməl şəkildə həyata keçirib. 

Xəbər xətti