Müğənni Şakiranın vəkili Pau Molins “Barselona”nın keçmiş futbolçusu Jerar Pike ilə münasibəti zamanı müvəkkilinin xərcləmələrindən danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.
"Şakiranın ehtirası ona 120 milyon avroya başa gəldi. Əgər o, Gerard Pikeni deyil Serxio Ramosa aşiq olsaydı bu, ona daha ucuz başa gələrdi.
Deyirlər ki, bütün ispanlar bərabərdir, amma belə çıxır ki, Kataloniyada yaşayırsansa, eyni şeyi etsən də, Madriddə həbs oluna bilməyəcəyin bir cinayətə görə həbsxanaya düşə bilərsən. Çünki Madriddə sərvət vergisi yoxdur”, - Molins bildirib.