Fələstinin radikal HƏMAS hərəkatı Livandakı komandirlərindən birinin öldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, İzzəddin Əl-Qəssam Briqadalarının (HƏMAS-ın hərbi qanadı) komandir müavini Xəlil Xərraz həlak olub. Livan mediası daha əvvəl onun hərəkatın digər üç yüksək vəzifəli üzvü ilə birlikdə İsrailin atəşi nəticəsində öldürüldüyünü bildirmişdi.