Moskvadan Sankt-Peterburqa uçan sərnişinlər bomba ilə bağlı pis zarafatya görə ikinci yoxlamadan keçməli olublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Shot kanalı məlumat yayıb.
Hadisə Vnukovo hava limanında baş verib. Sankt-Peterburqa gedəcək təyyarə qalxmağa hazırlaşırkən sərnişinlərdən biri bomba zarafatı edib.
Şahidlərin sözlərinə görə, ekipaj zarafatçının yumorunu dəyərləndirməyib və 189 nəfərdən təyyarəni tərk etmək tələb olunub. İnsanlar terminala aparılıb, ikinci təhlükəsizlik yoxlamasından keçiblər.