Messi və Ronaldonun klubları 2024-cü ildə yoldaşlıq oyunu keçirəcək

21:44 - 21 Noyabr 2023 - İDMAN

"İnter Mayami" 2024-cü ilin fevral ayının əvvəlində Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək Riyad Mövsüm Kuboku yoldaşlıq turnirində iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” yazıb.

Turnirdə Səudiyyə Ərəbistanının “Ən-Nasr” və “Əl-Hilal” klubları da çıxış edəcək.

“İnter Mayami”nin lideri argentinalı Lionel Messi, “Əl-Nasr”in lideri isə portuqaliyalı Kriştiano Ronaldodur.

"Bu, futbol dahilərinin son rəqsidir!" - Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Əl-Şeyx X (Twitter) sosial şəbəkəsində yazıb.

Görüş Səudiyyə Ərəbistanının paytaxtında "Əl-Hilal"ın da çıxış edəcəyi turnirdə baş tutacaq.

Messi və Ronaldo sonuncu dəfə 2023-cü ilin yanvarında bir-birinə qarşı oynayıb. Daha sonra Messinin forma geyindiyi Paris Saint-Germain Ronaldonun olduğu Ər-Riyad komandası ilə yoldaşlıq oyunu keçirib. PSJ 5:4 hesabı ilə qalib gəlib. Messi bir, Ronaldo iki qolu vurub.

Xəbər xətti