Ermənistan XİN rəhbəri KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Ucnoqta.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə axşamı Belarusun xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı aparıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət Belarus tərəfinin təşəbbüsü ilə baş tutub.
Ermənistan-Belarus ikitərəfli gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlarda KTMT-nin fəaliyyəti ilə bağlı məsələlər qaldırılıb. Mirzoyan qeyd edib ki, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək.