Ukrayna İranın yeni "Şahed-238" modellərini vura bilməyəcək

21:01 - 21 Noyabr 2023 - DÜNYA

Rusiya İranın yeni Şahed-238 modellərindən istifadə edərsə, Ukrayna hava hücumundan müdafiə qüvvələri üçün onları vurmaq daha çətin olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Yuri İqnat deyib.

"İndi xəbər var ki, İran reaktiv mühərrikli, fərqli radar rəhbərliyi ilə yeni "Şahed" PUA istehsal edir. Bu PUA çox reaktivdir. O, tutqun qara rəngə boyanıb, bu da vizual aşkarlama işini çətinləşdirə bilər. Mən bilmirəm, Rusiya onları qəbul edəcəkmi, amma bu dövlətlərin belə təcrübəsi var”.

Xəbər xətti