Kəşfiyyat peykini orbitə çıxarmalı olan Şimali Koreya raketinin hissələri Şərqi Çin dənizinə və Sakit okeana düşüb
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə müdafiə nazirinin müavini Hiroyuki Miyazava məlumat verib.
"Şimali Koreya peyk buraxmaq üçün ballistik texnologiyadan istifadə edərək raket buraxıb. Uçuş zamanı ondan bir neçə hissə ayrılıb. Onlardan biri Koreya yarımadasından təxminən 350 km qərbdə Şərqi Çin dənizinə düşüb. Bundan sonra raket iki ölkə Okinava və Miyako adaları arasında uçub. İkinci hissəsi isə Okinotorishima adasından 1200 km cənub-qərbdə Sakit Okeana düşüb" - deyən nazir bu ərazilərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda olduğunu qeyd etdi.