Rusiya prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya lideri həmkarına Rəhmonun rus dilinin inkişafına və iki ölkə arasında mədəniyyət və ümumilikdə humanitar sahədə əlaqələrin inkişafına göstərdiyi diqqətə görə təşəkkür edib.
"Rusiya Tacikistanda açılan rusdilli məktəblər üçün dərsliklərin alınmasına hər il 200 milyon rubl ayıracaq", - Putin qeyd edib.