Noyabrın sonunda Yeri bir həftə davam edəcək uzun maqnit qasırğası bürüyəcək.
Ucnoqta.az xəbər verir ki, noyabrın 22-dən 26-dək Yer kürəsində uzunmüddətli qasırğa gözlənilir. Noyabrın 22-də günəş aktivliyi orta (5 bal), noyabrın 23-də isə zəif (4 bal) olacaq. Daha sonra noyabrın 24-də və 25-də fırtınanın gücü yenidən 5 bala qədər yüksələcək, noyabrın 26-da isə 4 bala qədər enəcək.
Bu, noyabrda baş verən sonuncu maqnit qasırğasıdır. Dekabr ayında Meteoagent veb saytı 9-da 5 bal gücündə bir maqnit qasırğası proqnozlaşdırır.