Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail Müdafiə Qüvvələri (İDF) daha iki əsgərini itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əsgərlər Qəzzanın şimalında öldürülüb. Sektorda quru əməliyyatının başladığı 27 oktyabrdan bəri HƏMAS-la döyüşlərdə 68 İsrail əsgəri həlak olub. Oktyabrın 7-dən bəri ordunun ümumi itkiləri 380 nəfəri ötüb.