Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyanın istənilən ballistik raket buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması hesab edir və KXDR-dən noyabrın 22-dən dekabrın 1-dək peyk buraxmaq planından imtina etməyi tələb edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi üç ölkənin xarici işlər nazirliklərinin nümayəndələri arasında aparılmış məsləhətləşmələrdən sonra məlumat verib.
Məsləhətləşmələrdə iştirak edənlər həmçinin çəkindirmə və cavab tədbirləri imkanlarını gücləndirmək üçün yaxından işləməyə və Pxenyanın hərəkətlərinə cavab vermək üçün BMT-də işləməyə söz veriblər.