Həştərxanda 3 nəfər metadondan zəhərlənmənin qurbanı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“İlkin məlumatlara görə, üç nəfər metadondan zəhərlənmə nəticəsində ölüb”, - bildirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ümumilikdə 20 nəfər dərmandan zəhərlənib.
Daha əvvəl Səhiyyə Nazirliyi məlumat vermişdi ki, noyabrın 17-dən 20-dək S. M. Kirov adına 3 saylı Şəhər Klinik Xəstəxanasına narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri ilə 19 xəstə daxil olub.