Fransanın xarici işlər naziri Ketrin Kolonna noyabrın 24-də Pekinə iki günlük səfərə gedəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti, Rusiyanın KXDR-ə dəstəyini və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər. Kolonna həmçinin mədəni və elmi əməkdaşlığa dair sazişlər imzalamaq və Çin iş adamları üçün viza rejiminin sadələşdirilməsini müzakirə etmək niyyətindədir.