ABŞ Ukraynaya artilleriya və mərmilərdən ibarət yeni hərbi yardım paketi ayırmağa qərar verib.
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında deyib.
"ABŞ-dan dövlətimiz üçün yeni müdafiə paketi var. Mən minnətdaram. Xüsusilə, hazırda ehtiyac duyulan daha çox artilleriya və mərmi olacaq", - dövlət başçısı bildirib.
Zelenski yeni təchizatın miqdarı və nomenklaturasını dəqiqləşdirməyib. Lakin bu məlumat Vaşinqtonda hələ ki, təsdiqlənməyib.