ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

21:48 - 20 Noyabr 2023 - DÜNYA

ABŞ Ukraynaya artilleriya və mərmilərdən ibarət yeni hərbi yardım paketi ayırmağa qərar verib.

Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında deyib.

"ABŞ-dan dövlətimiz üçün yeni müdafiə paketi var. Mən minnətdaram. Xüsusilə, hazırda ehtiyac duyulan daha çox artilleriya və mərmi olacaq", - dövlət başçısı bildirib.

Zelenski yeni təchizatın miqdarı və nomenklaturasını dəqiqləşdirməyib. Lakin bu məlumat Vaşinqtonda hələ ki, təsdiqlənməyib.

Xəbər xətti