Erməni general Moskvada saxlanıldı

15:21 - 20 Noyabr 2023 - DÜNYA

Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyan Moskvada saxlanılıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, ölkəsində doqquz cinayət maddəsi ilə cinayət törətdiyinə görə axtarışdadır.

Poqosyan dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun yanında qaçqın vəsiqəsi olub. Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Mihranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir. Eyni zamanda, Rusiya tərəfi bundan əvvəl Poqosyanın vətənə göndərilməsi tələbindən imtina etmişdi.

Xəbər xətti