Yaponiya Ukraynanın iqtisadiyyatının bərpası üçün 160 milyon avro ayırmağı planlaşdırır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Teleqram kanalında yazıb. O, qeyd edib ki, müvafiq razılıqlar Yaponiyanın xarici işlər nazirlərinin müavinləri, iqtisadiyyat, ticarət və sənaye naziri Kiyoto Tsuji və Kazuçika İvata arasında Kiyevdə keçirilən danışıqlarda əldə olunub.
Bundan əlavə, Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev emal sənayesində, xüsusən kənd təsərrüfatı-sənaye kompleksi, metal emalı, maşınqayırma, mühüm xammal və İT sahələrində birgə müəssisələrin yaradılmasında maraqlıdır.