İspaniyanın yarımmüdafiəçisi Qavinin millinin yoldaşlıq oyunu zamanı aldığı zədəyə görə "Barselona" Beynəlxalq Futbol Federasiyasından (FİFA) 3 milyon avrodan 4,5 milyon avroya qədər təzminat ala bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Bazar günü Qavi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İspaniya - Gürcüstan matçının (3:1) 26-cı dəqiqəsində əvəzlənib. Oyundan sonra “AS” qəzeti yazıb ki, yarımmüdafiəçi sağ dizinin çarpaz bağını qoparıb və bu mövsüm bir daha oynamayacaq, o cümlədən qarşıdan gələn Avropa çempionatında ilkin bərpa müddəti 6-8 ay olmalıdır.
Qeyd olunur ki, “Barselona” futbolçunun sağalma müddəti 28 gündən çox olan dekabrın 16-dan etibarən FİFA-dan təzminat almağa başlayacaq. Əgər futbolçunun zədəsini sağaltması üçün 6 ay lazım olarsa, "Barselona" 3,082 milyon avro almalı olacaq.Əgər Qavinin sağalması üçün 8 ay lazım olsa, o zaman təzminat məbləği 4,315 milyon avro olacaq.