KTMT sammiti müdafiə və təhlükəsizliyi gücləndirməyə kömək edəcək
Ucnoqta.az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi İmanqali Tasmaqambetov ilə görüşündə deyib. Agentliyin məlumatına görə, danışıqlar çərçivəsində tərəflər təşkilatın noyabrın 23-də Minskdə keçiriləcək sammitini müzakirə ediblər.
O əlavə edib ki, KTMT-yə üzv ölkələrin liderlərinin görüşü regionda çətin dövr fonunda keçirilir. Lukaşenko vurğulayıb ki, Belarus tərəfi sammitin təşkilinə məsuliyyətlə yanaşır və onu ləyaqətlə keçirmək niyyətindədir.