İsrail ordusu Qəzza zolağında HƏMAS-ın üç komandirini məhv edib

11:03 - 20 Noyabr 2023 - DÜNYA

Qəzza zolağında quru əməliyyatı zamanı HƏMAS yaraqlılarının üç bölmə komandiri öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağında quru əməliyyatları davam edir. İDF Ordu Kəşfiyyatı və İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbərlik etdiyi İDF döyüşçüləri HƏMAS terror təşkilatının daha 3 bölmə komandirini öldürüb", - məlumatda deyilir.

Xəbər xətti