Noyabrın 17-də Filippin sahillərində baş verən zəlzələdə azı 9 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Riskin Qarşısının Alınması və Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şuranın hesabatına istinadən “The Philippine Star” qəzeti yazıb. Noyabrın 18-də Reuters altı nəfərin öldüyünü bildirmişdi.
Məlumata görə, azı 15 nəfər xəsarət alıb, itkin düşənlər barədə məlumat daxil olmayıb. Davao və Soccxarhen bölgələrində 97-yə yaxın ev tamamilə dağılıb, 700-dən çoxu isə qismən dağılıb.
Filippin prezidenti kiçik Ferdinand Markos həlak olanların ailələrinə lazımi yardımın göstərilməsini göstəriş verib.