İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarda irəliləyiş əldə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, HƏMAS ilə təmasda olan Qətər vasitəçiləri bildiriblər ki, radikallar ilkin olaraq 50 qadın və uşaqdan ibarət qrupu azad etməyə hazırdırlar ki, qarşılığında 4-5 günlük hərbi əməliyyatlar dayandırılsın, 150-yə yaxın fələstinli uşaq və qadın azad olunsun.
Bundan əlavə, hərəkat atəşkəs zamanı Qəzza zolağında onları yerləşdirməyi bacararsa, azad edilən girovların sayını artırmağa hazır olduğunu bildirib.
İsrail hakimiyyətinin məlumatına görə, 240-250 nəfər HƏMAS-ın girovluğundadır. Onların əksəriyyəti İsrail vətəndaşıdır, bəzilərinin ikili vətəndaşlığı var, o cümlədən Amerika və Almaniya. Təxminən 35 nəfər qeyri-İsrailli əcnəbidir, əksəriyyəti ölkədə işləyən Tayland vətəndaşlarıdır.