İsrail rəsmilərinin evakuasiya əmrinə baxmayaraq Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında ən azı 250 xəstə müəssisəni tərk edə bilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, xəstəxanada ağır yaralı azı 250 xəstə qalıb, onları Əl-Şifadan təxliyə etmək mümkün olmayıb, onların taleyi məlum deyil. Əl-Cəzirə qeyd edir ki, xəstəxana yemək və dərman almır və xəstələrin vəziyyəti hər gün pisləşir. Həmin şəxslərin başqa tibb müəssisəsinə aparılması üçün təcili yardım maşınları olmadığından təxliyə məsələsi açıq qalır.