"Əl-Şifa" xəstəxanasında 250 ağır xəstə qalır

07:47 - 20 Noyabr 2023 - DÜNYA

İsrail rəsmilərinin evakuasiya əmrinə baxmayaraq Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında ən azı 250 xəstə müəssisəni tərk edə bilməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, xəstəxanada ağır yaralı azı 250 xəstə qalıb, onları Əl-Şifadan təxliyə etmək mümkün olmayıb, onların taleyi məlum deyil. Əl-Cəzirə qeyd edir ki, xəstəxana yemək və dərman almır və xəstələrin vəziyyəti hər gün pisləşir. Həmin şəxslərin başqa tibb müəssisəsinə aparılması üçün təcili yardım maşınları olmadığından təxliyə məsələsi açıq qalır.

Xəbər xətti