Tayvan silahlı qüvvələri bir gün ərzində adaya yaxınlaşan Çin Ordusunun 21 təyyarəsi və 7 gəmisini qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə doqquz təyyarə “Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərbindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub”. Onların arasında altı Su-30 qırıcısı, iki J-10 qırıcısı, həmçinin Y-9 elektron döyüş təyyarəsi var.