Tayvan adasına yaxınlaşan 21 təyyarə aşkarlanıb

07:23 - 20 Noyabr 2023 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gün ərzində adaya yaxınlaşan Çin Ordusunun 21 təyyarəsi və 7 gəmisini qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə doqquz təyyarə “Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərbindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub”. Onların arasında altı Su-30 qırıcısı, iki J-10 qırıcısı, həmçinin Y-9 elektron döyüş təyyarəsi var.

Xəbər xətti