Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin klinikadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq.
Ucnoqta.az xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində respublikanın ədliyyə naziri Rati Breqadze deyib.
"Gürcüstanda məhbus cəzasını cəzaçəkmə müəssisəsində çəkir və o, səhhətini yaxşılaşdırmaq üçün lazım olan qədər xəstəxanada qala bilər. Həkim tövsiyəsi alan kimi onu köçürəcəyik. Çünki biz bu məsələ ilə bağlı fərqli qərar qəbul etmirik, hər hansı bir siyasi qərar qəbul etmək istisnadır”, - Breqadze bildirib.
Nazir eks-prezidentin səhhətinin yaxşılaşdığını bir daha qeyd edib.