AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sonuncu oyununu böyük hesabla mğlubiyyətlə bitirib.
Ucnoqta.az xəbər verir ki, “Kinq Baudouin” stadionundakı qarşılaşma Belçika yığmasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika millisinin futbolçusu Romelu Lukaku oyunun birinci hissədində (17, 26, 30 və 37 dəqiqələrdə) Canni De Byazinin baş məşqçisi olduğu komandanınqapısından 4 qol keçirib. Leandro Trossard 90-cı dəqiqədə Azərbaycan millisini topu mərkəzdən başlamağa məcbur edib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.