Avropa İttifaqı öz qüvvələrini Finlandiyanın Rusiya ilə sərhədinə göndərməyə hazırdır

20:58 - 17 Noyabr 2023 - DÜNYA

Avropa İttifaqının sərhəd nəzarəti agentliyi Frontex Finlandiyadakı qüvvələrini Rusiya ilə sərhədə göndərməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Helsingin Sanomat qəzeti məlumat yayıb.

Məlumata görə, “Frontex” son vaxtlar sərhədi qanunsuz keçmə hallarının artmasının yaratdığı problemin həllinə kömək etmək istəyir. Frontex-in Finlandiyaya hansı kontingenti göndərəcəyi hələ qərar verilməyib.

Xəbər xətti