İsrail hərbçiləri Livandan atılan partlayıcılarla yüklü olduğu iddia edilən pilotsuz uçuş aparatını vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail hava məkanına daxil olan pilotsuz təyyarə Livanla sərhədə yaxın Metula kəndi ərazisində yerləşən hərbçilər tərəfindən fərq edilib.
“Hərbçilər partlayıcı maddə ilə doldurulduğu ehtimal edilən pilotsuz uçan aparatı izləyərək ələ keçiriblər”, - deyə məlumatda bildirilir.