Fələstinin radikal HƏMAS hərəkatının yaraqlı qanadı - İzzəddin əl-Qəssam Briqadaları İsrail ərazisinə yeni hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qrupun Telegram kanalında yerləşdirilmiş məlumatda deyilir.
Qəzza zolağının sərhədi yaxınlığında yerləşən Kibbutz Nirimin minaatanlardan atəşə tutulduğu iddia edilir. Tələfat barədə məlumat verilmir.