Bayden Yaponiyanın baş nazirini ABŞ-a səfərə dəvət edib

11:59 - 17 Noyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişidanı 2024-cü ildə və ən qısa zamanda ABŞ-a rəsmi səfərə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Görüş zamanı prezident Bayden baş nazir Kişini gələn il mümkün qədər tez bir zamanda ABŞ-a səfərə dəvət etdi. Konkret tarixlərə və digər detallara gəldikdə isə, hələ ki, onların üzərində işlənəcəklər" - baş katib deyib.

Xəbər xətti