Bayden ABŞ hökumətinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini imzalayıb

10:50 - 17 Noyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin hər iki palatası tərəfindən İsrail və Ukraynaya yardım olmadan federal hökumətin işinin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“16 noyabr 2023-cü il cümə axşamı, Prezident 2024-cü il üçün Davamlı Təxsisatlar və Digər Maliyyələşdirmənin Uzadılması Aktını imzalayıb, hansı ki, 2024-cü maliyyə ili üçün federal qurumlara 19 yanvar 2024-cü il tarixinədək layihələr və fəaliyyətlərin həyata keçirilməsi üçün zəruri olan ayırmaları nəzərdə tutur”, - məlumatda deyilir.///tass

Xəbər xətti