Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rus dilində dərsliklərin ekspertizaya ehtiyacı bəhanəsi ilə respublikanın məktəblərinə verilməsi prosesini dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bunu Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov Telegram kanalında yazıb.
"Noyabrın 11-də dərsliklər respublikaya gətirilib, onların böyük tələbat olan məktəblərə paylanmasına başlandı. Mən böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu prosesi Tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi dayandırıb. Xüsusilə qəribə görünür ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər”, - o, qeyd edib .