İspaniya Deputatlar Konqresi (parlamentin aşağı palatası) İspaniya Sosialist İşçi Partiyasının (PSOE) lideri Pedro Sançesin baş nazir postuna namizədliyini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Palatanın saytında yayımlanan səsvermənin nəticələrinə görə, 350 deputatdan 179-u PSOE rəhbərinin yenidən baş nazir seçilməsini dəstəkləyib.
Təsdiq üçün ona azı 176 deputatın səsi lazım idi. Kataloniyanın müstəqilliyini dəstəkləyən siyasi qüvvələr də Sançesin namizədliyinə səs verib. PSOE liderinin səsvermənin ilk turunda baş nazir kimi təsdiqlənməsi üçün onların dəstəyi lazım idi.