"Üç əsas prinsip üzrə razılıq əldə olunub" - erməni spiker

14:40 - 16 Noyabr 2023 - DÜNYA

İrəvanla Bakı arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalı az da olsa var.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan deyib.

“Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq, çünki üç əsas prinsip üzrə razılıq əldə olunub. Bu barədə daha əvvəl Ermənistanın baş naziri danışıb”, - sədr bildirib.

Həmçinin o, qeyd edib ki, hazırda tərəflər sazişin imzalanma vaxtını dəqiqləşdirmirlər. İrəvan üçün ölkəyə və regiona sülh gətirəcək həqiqətən işlək sənədin imzalanması vacibdir.

Xəbər xətti