Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti ilə bağlı heç bir bəyanat və ya sənəd daxil olmayıb.
Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı heç bir açıqlama verilməyib. Bununla bağlı heç bir sənəd alınmayıb. Mən şəxsən bunu görməmişəm" - general-polkovnik qeyd edib.