İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 11 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Fələstin Daxili İşlər Nazirliyi həmçinin Fələstin anklavının cənubundakı Xan Yunis şəhərinin şərqindəki yaşayış məntəqələrinin intensiv atəşə tutulduğunu bildirib.