Asiyanın ən gözəl qızı seçilib - FOTO

12:28 - 16 Noyabr 2023 - MAQAZİN

Başqırdıstandan olan 22 yaşlı model İlyuza İsyandavletova Asiyanın ən gözəl qızı seçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə UFA1.RU məlumat yayıb.

Hindistanda keçirilən "Miss Asia" gözəllik müsabiqəsinin tacını Sibai şəhərinin sakini alıb. Modelin əsas rəqibləri Nepal, Tailand və Birləşmiş Ərəb Əmirliklərindən olan iştirakçılar olub. 

Model Başqırd Dövlət Pedaqoji Universitetini bitirib və Luna Models agentliyində işləyir.

Qeyd olunur ki, İyulza əvvəllər də gözəllik müsabiqələrində iştirak edib və “Miss Republic 2021”, “Miss Ufa 2020”, “1st Vitse-Miss Asiya-Sibir 2021” və digər titulların sahibi olub.

Xəbər xətti