Tacikistan prezidenti Rusiyaya səfər edəcək

12:20 - 16 Noyabr 2023 - DÜNYA

Tacikistan prezidenti Emoməli Rəhmon noyabrın 21-22-də Rusiyada rəsmi səfərdə olacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Abdufəttoh Şərifzoda bildirib. Abdufəttoh Şərifzoda qeyd edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

"Emoməli Rəhmon noyabrın 21-22-də Rusiyaya rəsmi səfər edəcək. O, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, görüşlər dar və geniş tərkibdə keçiriləcək", - məlumatda deyilir.

Xəbər xətti