Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığı almaq imkanını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə TASS-a noyabrın 16-18-də Sankt-Peterburqda keçirilən Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində bildirib.
“Rusiya vətəndaşlığını almaq mənim üçün şərəf olardı”, - o, bildirib.
“Ölkəniz böyük imkanlar təqdim edir. Mən sizin dərin və güclü mədəniyyətinizi, zəkanızı və rus ruhunuzu sevirəm” - de Qoll əlavə edib.