Şarl de Qollun nəvəsi Rusiya vətəndaşlığını almağı planlaşdırır

11:53 - 16 Noyabr 2023 - DÜNYA

Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığı almaq imkanını nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə TASS-a noyabrın 16-18-də Sankt-Peterburqda keçirilən Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində bildirib.

“Rusiya vətəndaşlığını almaq mənim üçün şərəf olardı”, - o, bildirib.

“Ölkəniz böyük imkanlar təqdim edir. Mən sizin dərin və güclü mədəniyyətinizi, zəkanızı və rus ruhunuzu sevirəm” - de Qoll əlavə edib.

Xəbər xətti