İsrail Qəzzaya dəniz yolu ilə yardım çatdırmaq üçün Kiprlə danışıqlar aparır - İsaak Hersoq

11:40 - 16 Noyabr 2023 - DÜNYA

İsrail dəniz yolu ilə Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı Kipr hakimiyyəti ilə danışıqlar aparır.

Ucnoqta.az xəbər verir ki, bunu Böyük Britaniyanın Financial Times qəzetinə müsahibəsində İsrail prezidenti İsaak Hersoq deyib.

“Hazırda bu məsələ ilə bağlı Kipr hökuməti ilə ciddi danışıqlar aparılır. İsrail anklava daha çox humanitar yardımın gəlməsini təmin etməyə çalışır. Düzdür, Qəzzada çox çətin vəziyyətdə olan ərazilər var. Bu, müharibə zonası olduğu üçün baş verib. Lakin biz çalışırıq", - o, bildirib. 

Xəbər xətti