Bayden Si Cinpinə gənc ikən çəkilmiş şəklini göstərib

11:03 - 16 Noyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden Çin prezidenti Xi Jinping ilə görüşdə Çin liderinə 1985-ci ildə çəkilmiş fotoşəkili göstərib. San-Fransiskodakı Qızıl Qapı Körpüsünün qarşısında gənc Si Cinpin təsvir edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin bildirib.

"Arxa planda Qızıl Qapı Körpüsü ilə telefonunda fotoşəkili göstərən Prezident Bayden Si Cinpindən soruşub:

"Bu gənci tanıyırsınızmı? Bəli, bu, 38 il əvvəl olub" - X sosial şəbəkəsində Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Xəbər xətti