Rusiya ordusunun son sutkada 11 tankı məhv edilib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada Rusiya ordusunun Ukraynada 1130 hərbçisi həlak olub. Ümumi döyüş itkilərinin sayı 315620 nəfərə çatıb.
Həmçinin, Rusiya ordusunun daha 17 zirehli texnika, 36 artilleriya sistemi, 8 MLRS, 3 hava hücumundan müdafiə sistemi, 14 PUA, 1 qanadlı raket, 40 texnika, 1 ədəd xüsusi texnikası məhv edilib.